Sərxoş sürücü səkkiz adamı vurdu
Sükan arxasında sərxoş halda və sürücülük vəsiqəsi olmayan minik avtomobilinin sürücüsü, Moskvada ictimai nəqliyyat dayanacağına çırpılıb. Nəticədə səkkiz nəfər xəsarət alıb.
Cars-az oxu.az istinadən xəbər verir ki, qəza Moskvanın Profsoyuznı küçəsində baş verib.
“Hyundai-Solaris” markalı avtomobilin sürücüsü idarəetməni itirib və “Şkoda”ya çırpılıb, zəncirvari qəzada daha bir xarici markalı avtomobil iştirak edib. Daha sonra “Hyundai-Solaris” piyada zonasına çıxıb və bir neçə metr gedərək dayanacağa çırpılıb. Qəza nəticəsində hər üç avtomobil ciddi xəsarət alıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, “Hyundai”ın sürücüsünün vəziyyəti ekspertizasız da göz qarşısında idi.
Qəzanın səbəbkarı faktı təkzib etməyib. Bundan başqa, o, bu il sürücülük vəsiqəsindən məhrum olunduğunu da etiraf edib. Sürücü saxlanılıb.