Bakının mərkəzi küçəsində «protiv» gedən «Mercedes» - 10-ZZ-030

Bakının mərkəzi küçəsində «protiv» gedən «Mercedes» - 10-ZZ-030

Bakının mərkəzi küçəsində «protiv» gedən «Mercedes» - 10-ZZ-030

Bu gün axşam saat 21:40 radələrində Səbail rayonu, Neftçilər prospektində yolun əksinə hərəkət edən 10 ZZ 030 dövlət nömrə nişanlı, «Mercedes S-klass» markalı avtomobil yol polisləri tərəfindən saxlanılıb. Cars-az-ın məlumatına görə, Bakı Biznes Mərkəzinin qarşısı ilə üzü Kukla Teatrına tərəf yolun əksinə hərəkət edən avtomobil Muzey Mərkəzinin qarşısında 3 Yol-Patrul Xidməti (YPX) avtomobili tərəfindən durdurulub. Sürücü belə hərəkətə yol verməsinin səbəbini izah etməyib. Yol polisləri isə ona 100 manat və 4 cərimə balı tətbiq ediblər. Bundan sonra sürücü gəldiyi yolu geri qayıtmalı olub.

Cars-az hadisə yerindən çəkilmiş foto və videonu təqdim edir:

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top