08.03.2016
Avtosfer TV
Rusiyada 16 yaşlı azərbaycanlı qəza törətdi - 2 qadın öldü
Rusiyanın Novıy Urenqoy şəhərində baş vermiş yol qəzası nəticəsində iki qadın həlak olub. Maraqlıdır ki, qəzanın hər iki iştirakçısı azərbaycanlıdır. Сars-az virtualaz.org-a istinadən xəbər verir ki, 16 yaşlı Rasim Ş. bir qədər əvvəl oğurladığı BMW markalı avtomobildə, yolun buzla örtülü olmasına məhəl qoymayaraq, yüksək sürətlə hərəkət edərək Ramin İ. adlı digər yol hərəkəti iştirakçısının “Toyota” markalı maşınına çırpıb.
Toqquşma nəticəsində “Toyota”dakı iki qadın hadisə yerindəcə ölüb. Qadınların kimliyi barədə məlumat verilmir.