04.11.2015
Avtosfer TV
Qırıq-qırıq xəttin mahiyyətindən xəbərsiz sürücü
«Porsche» markalı, 10-DO-012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakının Təbriz küçəsində kobud qayda pozuntusuna yol verib. Avtomobilin sürücüsü qarşıda bir az sıxlıq olduğunu görən kimi qəza işıqlarını yandırır. Sonra bir qədər hərəkət edib, qırıq-qırıq xətdən keçərək qarşı yola çıxır və hərəkəti davam etdirir. Deyəsən, bu sürücüyə elə gəlir ki, qəza işıqlarını yandırıb qırıq-qırıq xətti keçməklə yolun əks tərəfinə çıxmaq olar.
Yada salmaq üçün bildiririk ki, qırıq-qırıq xətt ikitərəfli yolda qoyulubsa, buradan yalnız sola və ya geriyə dönmək olar…
Cars-az registrator.tv saytına istinadən həmin videonu təqdim edir:
Emin