Kim necə istəyir elə sürür; axırı belə olur

Kim necə istəyir elə sürür; axırı belə olur

Cars-az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza videosundan görünür ki, «VAZ-2107» markalı avtomobilin sürücüsü yolda dayanır. Sonra isə sürətlə yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gözləmədən qəflətən yola çıxıb sola dönür. Bu zaman sürətlə hərəkət edən qara rəngli «Jeep» «07»ni vurub əzdikdən sonra yoldan çıxaraq sağda dayanan 3 avtomobillə toqquşur və səkiyə çıxır, buradakı maşınları da əzir.

Hər bir sürücü bu vəziyyətdə yola diqqət etməli, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmadığını görməli və belə nəqliyyat vasitəsi varsa onun sürətini təxmini hesablayb sonra keçməlidir. Yoxsa, bu sürücü kimi, harada gəldi dayanab, haradan və necə gəldi dönmək doğru deyil. Belə edənlərin axırı elə bu qəzadakı kimi olur və olmalıdır da. Çıxış yolu budur ki, o şəxs ya sürücülüyü mükəmməl öyrənməli, qaydalara əməl etməli, ya da hansısa bir qəzada canını tapşırmalıdır…

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top