Dəhşətli qəza; «04» qayda pozub kül oldu

Dəhşətli qəza; «04» qayda pozub kül oldu

Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan «Ford-Transit» markalı yük avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.

Samir

Dostlarınla paylaş


Şərhlər


Top