Qırımızı işıqdan keçən maşının təkərləri göydə qaldı

Qırımızı işıqdan keçən maşının təkərləri göydə qaldı

Qırımızı işıqdan keçən maşının təkərləri göydə qaldı

Bakıda svetoforun qırmızı işığından keçən sürücünün törətdiyi qəza təhlükəsizlik kameralarının yaddaşına düşüb. Cars-az-ın məlumatına görə, DİN-in «Təhlükəsiz şəhər» xidmətinin kameraları vasitəsilə qeydə alınan görüntülərdə «Hyundai» markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verdiyi açıq-aydın görünür. Belə ki, Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilin sürücüsü svetoforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirir. Bu zaman Vaqif küçəsi ilə hərəkət edən «Mersedes» markalı avtomobil «Hyundai» markalı avtomrobili tən ortadan vuraraq arxası üstə aşırır. Göründüyü kimi, bu qəzada günahkar elə aşan avtomobilin sürücüsüdür.

Cars-az həmin qəzanın görüntülərini təqdim edir.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top