04.11.2015
Avtosfer TV
Başqasının «BMW»-sini yandırdı, özü də yandı
London sakini başqasının «BMW» markalı yandırarkən özü yanıb. Yanğın zamanı o ciddi xəsarətlər alıb. Londonda maşın dayanacağında baş verən hadisə təhlükəsizlik kameralarına düşüb. Cinayətkar «BMW»-ni yandırmağa çalışır. Ancaq yanğın vaxtı alov cinayətkarı "tutur" və partlayış olur. Möhkəm partlayışdan və qışqırıqdan sonra avtomobilin sahibəsi oyanır. Polisə müraciət edən 51 yaşlı Miss Kinq cinayətkarın tutulması üçün böyük ölçüdə qonorar ödəməyə söz verib.
anspress