19.01.2016
Avtosfer TV
«Porsche» ilə qız «tutan» oğlan – Qızı arxasınca süründürdü – VİDEO
Əvvəlcə oğlanla tanış olmaq istəməyən qız bahalı avtomobili görüb fikrini dəyşir. Görüntülər Türkiyədə çəkilib. Сars-az xəbər verir ki, oğlan qıza yaxınlaşaraq yemək yemək üçün kafenin yerini soruşur. Qız da ona ünvanı baqa salır. Daha sonra oğlan qızla tanış olmaq istəyir və ona görüş təklif edir. Qız oğlana rədd cavabı verərək yoluna davam edir. Oğlan ona «sonra peşman olarsan» desə də, qız fikrindən dönmür. Lakin oğlanın «Porsche» markalı bahalı avtomobilə mindiyini görən qız dərhal dayanıb ona yaxınlaşır və az qala yalvarmağa başlayır. «Bir-iki saatlıq görüşməklə bir şey olmaz» deyən qız tanışlığa razı olsa da, bu dəfə oğlan onu rədd edib oradan uzaqlaşır. Həmin görüntüləri təqdim edirik:
Fidan