18.01.2016
Avtosfer TV
İşlənmiş avtomobil aldı - İçindən 7 torba dollar çıxdı
Xarici ölkələrin birində ikinci əl avtomobil alan şəxs maşının bir qapısnın yaxşı işləmədiyini görüb və qapını düzəltmək istəyib. Amma heç gözləmədiyi bir vəziyyətlə qarşılaşıb.
Сars-az atv.az-a istinadən xəbər verir ki, avtomobilin qapısında gizli bir bölmə aşkar edən şəxs, həmin yeri sökməyə başlayıb. Gizli bölmədən çıxanlar onu heyrətə gətirib. O, öncə avtomobilin qapısından qara bir torba tapıb. Həmin torbanın içində isə hələ çürüməmiş banan qabığı və əlavə yeddi ədəd üzəri nömrələnmiş, bükülü vəziyyətdə paketlər olub. Həmin paketləerin içindənisə dəstə-dəstə pullar çıxıb.
O, bütün bunlar barədə hüquq mühafuzə orqanlarına məlumat verib.