Özlərini ağıllı sayanların törətdiyi qəzalar

Özlərini ağıllı sayanların törətdiyi qəzalar

Özlərini ağıllı sayanların törətdiyi qəzalar

Cars-az Bakıda baş vermiş iki yol qəzasının real videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza görüntülərindən məlum olur ki, hər iki halda sürücülər kiçik bir səhv ucbutandan qəzaya səbəb olurlar. Birinci qəzada görürük ki, sürücü nəqliyyat vasitəsinin yaxınlaşdığını görə-görə onun yoluna çıxır və toqquşma baş verir.

İkinci qəzada isə dönmə əməliyyatı zamanı özünü hamıdan ağıllı sayan sürücü ikinci zolaqda ola-ola solu gözləmədən qəflətən sola dönür. Əslində, həmin sürücü arxadan sol istiqamətlə hərəkət edirdi. Lakin səbri çatıb gözləmədi və qarşıdakı maşınları ötüb bir az irəli düşmək istəyərkən geri düşdü.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top