04.11.2015
Avtosfer TV
Bakıda "BMW X6" "Hyundai"la belə toqquşdu
Cars-az avtolent.az-a istinadən Bakının mərkəzi küçələrindən birində baş vermiş yol qəzasının video görüntülərini təqdim edir. Görüntülərdən belə məlum olur ki, “Hyundai” markalı maşın işıqforun qırmızı işığında hərəkəti davam etdirir və nəticədə yaşıl işıqda hərəkət edən "BMW X6" markalı avtomobillə toqquşur. Qəza anı «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarına düşüb.