04.11.2015
Avtosfer TV
Maşının motorundan ilan çıxdı -VİDEO
Avtomobilin kapotunu açan sürücü gördüklərindən heyrətə gəlib. Cars-az-ın "Star" qəzetinə istinadən verdiyi məlumata görə, Tailandda gənc sürücü kapotu açdıqdan sonra avtomobilin motor hissəsində canlı ilan görüb.
Əlləri ilə sıxışıb qalmış ilanı çıxardan sürücü gözlərinə inana bilməyib. Sürünən heyvanın uzunluğu 3 metr olub. İlan çıxarıldıqdan sonra torbanın içinə qoyulub.
Bu video sosial şəbəkələrdə 200 mindən çox insan tərəfindən paylaşılıb.