04.11.2015
Avtosfer TV
Əlillərin yerində maşın saxladı, görün nələr oldu
Braziliyada əlillər üçün nəzərdə tutulan yerdə avtomobilini park edən sürücü sürprizlə üzləşib. Sürücü sosial şəbəkənin hədəfinə tuş gəlib. Belə ki, əhali sürücünü cəzalandırmaq üçün maşını tamamilə göy kağıza büküblər. Baş verənlərdən qəzəblənən sürücünün etiraz etməsi heç bir nəticə verməyib. Maşınına yapışdırılmış kağızları təmizləməyə çalışan sürücü sonda avtomobilini sürərək ərazidən uzaqlaşıb. Ətrafdakı insanlar tərəfindən lentə alınan video görüntülərə "Youtube”də 24 saat ərzində 2 milyondan çox insan baxıb.
Interaz