04.11.2015
Avtosfer TV
Dəhşətli qəzada ölənlərin sayı 16-ya çatdı; 9 yaralı
Rusiyanın Omsk ərazisində dəhşətli qəza baş verib. Cars-az-ın məlumatına görə, avtobusla yük maşınının toqquşması nəticəsində 16 nəfər ölüb. Dəhşətli qəzada daha 9 nəfər ağır yaralanıb. Qəzanın baş vermə səbəbləri və qəza şəraiti araşdırılır. İlkin məlumatına görə, kərpiclə yüklənmiş KaMAZ yük maşını avtobusa çırpılıb.
Faktla bağlı araşdırma aparılır.