04.11.2015
Avtosfer TV
Bakıda «Qazel» «Mersedes»in üstünə belə çıxdı
Bakıda daha bir ağır yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin «Təhlükəsiz» şəhər Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edir.
Görüntülərdən məlum olur ki, «Mersedes» markalı minik avtomobili yolun ortasında dönmə əməliyyatı aparıb qəflətən yola çıxır. Sürücü bu zaman sağa-sola baxmağı unudur və arxadan sürətlə hərəkət edən «Qazel» markalı yük maşını «Mersedes»ə çırpılır. Zərbənin gücündən «Qazel»in qabaq təkərinin biri «Mersedes»in üstünə çıxır.
Unutmaq olmaz ki, yollarda belə kiçik səhvlər böyük və ağır qəzalara səbəb olur.
Elməddin