04.11.2015
Avtosfer TV
Yollarımızı belə dağıdırlar
Bakıda günün günorta çağı yük maşınları yolları bərbad hala salırlar. Dekabrın 2-də, günün ikinci yarısında Cars-az-ın əməkdaşı bu kadrları Tbilisi prospektində - «Qafqaz» otelin qarşısında lentə alıb. Betonqarışdıran maşının asfalta tökdüyü palçıq həm avtomobillər üçün təhlükə yaradır, həm də asfaltı bərbad hala salır.
Yeri gəlmişkən, Tbilisi prospekti yeni təmir olunub. Günün günorta çağı yükdaşıma qaydalarını pozaraq yolları bu hala salan sürücünün cəzasız qalmayacağına ümid edirik. Çükni həmin ərazidə müşahidə kameraları da var. Üstəlik, yolu bu şala salmağa görə İnzibati Xətalar Məcəlləsindən məsuliyyət də nəzərdə tutulub. Yollarımızı qorumaq hər birimizin borcudur…
Elməddin