10.12.2015
Avtosfer TV
Avtobus sürücüsü əsl qəhrəmanlıq etdi
Şərqi Çinin Nantun şəhərində avtobus sürücüsü nümunəvi addımıyla hər kəsin alqışını qazanıb. Cars-az xəbər verir ki, o, qəflətən yolun kənarına çırpılan avtomobili görərək tələsik avtobusu saxlayır. Cəld tərpənib, piyadaların və avtobusdakı sərnişinin köməyilə qəzaya düşən ana və balanı xilas edir və avtobusla onları xəstəxanaya çatdırır. Hadisələrin necə cərəyan etdiyini videodan izləyə bilərsiniz.
Fuad