Sükan arxasında SMS yazan sürücü öz qardaşını vurub öldürdü
Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş qrant müsabiqəsi çərçivəsində «Təşəbbüs» Xeyriyyə Cəmiyyəti tərəfindən «Təhlükəsiz həyat naminə» layihəsi icra edilir. Layihənin əsas məqsədi sürücüləri və piyadaları daha diqqətli olmağa çağırmaqdır. Bu məqsədlə hazırlanan videoçarx geniş ictimaiyyətə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən «Təşəbbüs» Xeyriyyə Cəmiyyətinin sədri Arzu Məsiyev bildirib ki, əsas hədəf odur ki, sürücülər və piyadalar yol hərəkət qaydalarını daha yaxşı öyrənməyi, sükan arxasında daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağı nəzərə alsınlar. Bu məqsədlə hazırlanan videoçarx kiçik bir səhvin, diqqətsizliyin necə böyük dəhşətli qəzaya səbəb ola biləcəyi haqqındadır.
Bütün bunarla bərabər əsas məqsədlərdən biri sükan arxasında daha diqqətli və ehtiyatlı olmaları üçün onlara psixoloji cəhətdən insanlara təsir göstərməkdən ibarətdir.
Qeyd edək ki, qısametrajlı film gənc rejissor Kamran Səfərəlizadə tərəfindən çəkilib.
Fidan