04.11.2015
Avtodünya
Yeni avtomobil almaq üçün "Ferrari"sini yandırtdı
İsveçrəli varlı iş adamının oğlu sığortadan 200 min dollar almaq üçün üç adama pul verərək öz "Ferrari" markalı avtomobilini yandırmağı tapşırıb.
Cars-az xarici mətbuata istinadən xəbər verir ki, Almanyanın Augsburg şəhərində baş verən hadisədə 20 yaşlı gənc diqqəti yayındımaq üçün avtomobili masaj salonunun qarşısında saxlayaraq masaja girib. Bu vaxt 3 nəfər avtomobilə yaxınlaşaraq ona od vurub.
Lakin təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra polis işin üstünü açıb.
Avtomobili yandıran üç nəfər, həmçinin "Ferrari"nin sahibi həbs olunub.