04.11.2015
Avtodünya
Bakıda 100 minlik avtomobildən oğurluq
Bakıda dəyəri 100 min manatdan artıq olan avtomobildən oğurluq edilib. Cars-az-ın “report”a istinadən xəbərinə görə, Bakı şəhər sakini H.S. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, “Porsche” markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozduğu üçün nəqliyyat vasitəsi “Cərimə meydançası”na aparılıb, orada isə naməlum şəraitdə avtomobilindən 8 min manat pul oğurlanıb.
Hazırda polislər avtomobil sahibinin şikayətinin nə dərəcədə doğru olub-olmadığını araşdırır.