04.11.2015
Avtodünya
Qiyməti «əl yandıran» avtomobil aksesuarları
Aksesuarına xərcələn vəsait bəzən avtomobilin öz qiymətindən çox olur. Əksər hallarda aksesuarına minlərlə manat pul xərclənən avtomobilləri satarkən sahibləri ciddi problemlə üzləşir. Müştərilər avtomobili alarkən aksesuarına çəkilən əlavə xərci ödəmək istəmirlər. Buna görə də, sürücülərin əksəriyyəti aksesuarlardan geniş həcmdə istifadəni əbəs hesab edirlər.
Bir avtomobilin orta səviyyədə aksesuarlarla bəzədilməsinin min manata başa gəldiyini deyən mağaza sahibləri hazırda ən çox tələbatın manitorlara olduğunu deyirlər.