«Wolksvagen» şirkəti zay çıxan avtomobilləri təmir etdirəcək

«Wolksvagen» şirkəti zay çıxan avtomobilləri təmir etdirəcək

«Wolksvagen» şirkəti zay çıxan avtomobilləri təmir etdirəcək

Almaniyanın «Wolkswagen» şirkəti yanvar ayından etibarən avtomobillərini təmir etdirəcək. Cars-az xəbər verir ki, «Wolksvagen»-nin yeni icraçı direktoru Matthias Müller bu barədə müsahibə verib. Müller həll təkliflərini bu həftə içərisində təqdim edəcəklərini söyləyib: "Təklif qəbul edilərsə, dərhal ehtiyat hissə sifarişlərini verəcəyik. Hər şey planlaşdırılan formada davam edərsə, yanvar ayından etibarən təmirə başlanacaq".

O, 2016-cı ilin sonuna qədər qalmaqalda adları çəkilən avtomobillərin hamısının düzəldilməsini qarşılarına məqsəd qoyduqlarını bildirib. Müller emissiya qazı olan avtomobilllərin sayının bu günə qədər güman edildiyindən daha az olduğunu açıqlayıb: «Avtomobillərin sayı 11 milyon yox, 9 milyon yarımdır».

Qeyd edək ki, "Wolksvagen" şirkətinin istehsal etdiyi avtomobillərdə ətraf mühit standartlarına uyğun olmayan emissiya qazı aşkarlanmışdı.

Dostlarınla paylaş


Şərhlər


Top