23.12.2015
Avtodünya
Gəncədə fərqli toy karvanı - “Volqa”, “Qaz M21”
Gəncədə yeni evlənən cütlüyü müşayiət edən toy karvanı maraqlı görüntülərlə yadda qalıb. Cars-az Kanal S-ə (Region TV) xəbər verir ki, bər-bəzəkli xarici maşınlarlıa görməyə adət etdiyimiz toy karvanını bu dəfə "Volqa" və "Qaz M21"dən ibarət onlarla avtomobil əvəz edib.
Həmçinin bəy-gəlin avtomobili də keçmiş adət-ənənəyə uyğun olaraq kukla ilə bəzənib. Qeyri-adi toy karvanı şəhər sakinlərinin də marağına səbəb olub.