Bakı Qran Prisinin tarixi dəyişdirilməyib

Bakı Qran Prisinin tarixi dəyişdirilməyib

Son 10 il ərzində Avstraliya Qran Prisinin tarixi müxtəlif günlərə təsadüf edib - yarış martın 2-dən 29-dək keçirilib. Gələn mövsüm üçün tərtib edilmiş təqvimin ilkin versiyasında Melburn yarışı aprelin 3-nə təyin olunmuşdu. "Formula1 Azərbaycanda" (www.F-1.az) saytı Almaniyanın Auto Motor und Sport saytına istinadən xəbər verir ki, Formula1-in kommersiya başçısı Berni Ekklstoun komandaların və yarış promouterlərinin maraqlarını nəzərə alaraq təqvimdə dəyişikliklər etməyə hazırdır. Sayt bildirir ki, mövsümün ilk yarışı Albert Parkda martın 20-də baş tutacaq, Bəhreyn və Çin yarışları yerlərini dəyişiblər, Malayziya yarışı isə ay yarım gec keçiriləcək - təşkilatçılar hesab edirlər ki, bu yerdəyişmələr biletlərin satışına müsbət təsir edəcək.

Təqvimin yeni versiyası da son deyil, amma artıq 2 gündən sonra bu versiya Beynəlxalq Avtomobil Federasiyasının (FİA) AvtoİDman üzrə Ümumdünya Şuarsının növbəti iclasında təsdiq oluna bilər. F-1.az xatırladır ki, təqvimin bütün versiyalarında Bakıda keçiriləcək Avropa Qran Prisinin tarixi dəyişməz qalıb - gələn il 17 iyulda ölkəmiz çempionatda debüt edəcək...

2016-cı il mövsümünün təqvimi, ilkin versiya:

20 mart - Avstraliya Qran Prisi (Albert Park)

03 aprel - Bəhreyn Qran Prisi (Saxir)

17 aprel - Çin Qran Prisi (Şanxay)

01 may - Rusiya Qran Prisi (Soçi)

15 may - İspaniya Qran Prisi (Barselona)

29 may - Monako Qran Prisi (Monte Karlo)

12 iyun - Kanada Qran Prisi (Monreal)

26 iyun - Böyük Britaniya (Silverstoun)

03 iyul - Avstriya (Şpilberq)

17 iyul - Avropa Qran Prisi (Bakı)

31 iyul - Almaniya Qran Prisi ( (Hokkenhaym)

07 avqust - Macarıstan Qran Prisi (Hunqarorinq)

04 sentyabr - Belçika Qran Prisi (Spa)

11 sentyabr - İtaliya Qran Prisi (Montsa)

25 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)

02 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)

16 oktyabr - ABŞ Qran Prisi (Ostin)

30 oktybar - Meksika Qran Prisi (Mexiko)

06 noyabr - Braziliya Qran Prisi (San Paulu)

20 noyabr - Malayziya Qran Prisi (Sepanq)

27 noyabr - Abu Dabi Qran Prisi (Yas Marina)

Dostlarınla paylaş


Şərhlər


Top