04.11.2015
Avtodünya
Bahalı qəza; «Aston Martin»i əzdilər
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində iki idman avtomobilinin iştirakı ilə baş vermiş qəza hərəkəti iflic edib. Oxu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, dörd avtomobilin iştirakı ilə baş vermiş qəzada «Nissan» markalı avtomobil çevrilib. Sərnişin və sürücü qəza nəticəsində xəsarət almayıblar. Qırmızı rəngli «Pontiac» və mavi rəngli «Aston Martin» idman avtomobillərinin sürücüləri də yaralanmayıblar.
Polis əməkdaşlarının məlumatına görə, «Opel» markalı avtomobil Nissan-ın qarşısına keçib və o, qəflətən əyləci basmalı olub, nəticədə digər maşınlarla toqquşma baş verib. Bildirilir ki, «Opel»-i idarə edən naməlum sürücü hadisə yerindən qaçıb.