“Wolkswagen”-in başçısı istefaya gedir

“Wolkswagen”-in başçısı istefaya gedir

Almaniyanın “Wolkswagen” avtomobil şirkətinin icraçı direktoru Martin Uinterkorn istefa verib. Cars-az xəbər verir ki, buna səbəb şirkətin fəaliyyəti nəticəsində ekoloji normanın pozulmasıdır. Uinterkorn bu məsələdə özünü günahkar saymadığını bildirsə də, baş verənlərə görə məsuliyyətini dərk etdiyini dilə gətirib. Şirkətə yeni rəhbərin kim olacağı sabah bilinəcək.

Bundan əvvəl avtokonsernin ekoloji normaları pozmasına görə 18 mlrd. ABŞ dolları dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top