04.11.2015
Avtobazar
Bakıda ucuz qiymətə maşınlar satılacaq – 3500 manatdan 7500-ə qədər
Oktyabrın 6-da hərraca çıxarılacaq avtomobillərin siyahısı açıqlanıb. Cars-az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca ümumilikdə 7 avtomobil çıxaracaq. 2005-ci il istehsalı olan “Wolksvagen Passat” 7565 manatdan, 2007-ci il istehsalı olan 3 ədəd “Nissan Maxima” 7449 manatdan hərracda olacaq.
2006-ci il istehsalı olan “KİA Magentis-Optima” 7168, 2006-ci il istehsalı olan “Chevrolet Lasetti” 3415, 2003-cü il istehsalı olan «Kamaz 4570» manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.
Fidan