"Wolkswagen"lə bağlı qalmaqal böyüyür

"Wolkswagen"lə bağlı qalmaqal böyüyür

“Wolkswagen” konserni İdarə Heyətinin sədri Martin Vinterkorn istefa verib. Bu barədə konsernin Müşahidə Şurasının iclasından sonra məlumat verilib. Avropanın ən böyük avtomobil konserninə yeni rəhbərin təyin edilməsinə dair qərar cümə günü qəbul ediləcək. Məlumata əsasən, İdarə heyətinin sədrinin istefa verməsinin səbəbi şirkətə məxsus avtomobillərin bir sıra modellərinin atmosferə zərərli maddələrin buraxılması ilə bağlı konsern ətrafında qalmaqalın yaranmasıdır. "Wolkswagen"ə yeni bir başlanğıc lazımdır. O cümlədən yeni kadrlar. Mən yeni insanlara yol açmaq üçün yerimi azad edirəm və istefaya gedirəm"- deyə Winterkorn bildirib.

Dostlarınla paylaş


Şərhlər


Top