04.11.2015
Avtobazar
Məşhur futbolçunun 900 minlik yeni avtomobili
İtaliya A seriyasında uğursuz mövsüm keçirən “Milan”ın futbolçusu Salli Muntarı müasir həyatla ayaqlaşır. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, qanalı yarımmüdafiəçi özünə sonuncu model olan “Mercedes” markalı avtomobil alıb. 900 min dollar dəyərində olan maşının özəlliklərindən biri də altı təkərli olmasıdır. Qana yığmasının futbolçusu bir dəfə Almaniyaya qarşı keçirdikləri oyundan əvvəl maraqlı addım atmışdı.
Braziliyada Maseyo şəhərində kasıb ailələrin məskunlaşdığı məhəlləyə gedən futbolçu burada yaşayan kasıb insanlara maddi köməklik göstərmişdi.