04.11.2015
Avtobazar
Yeni «Cadillac CT6»
«Cadillac» şirkəti özünün yeni dördqapılı flaqmanı CT6 modelini təqdim edəcəyi dəqiq tarixi açıqlayıb. “Dünyada ən texnoloji avtomobil”in debütü martın 31-də nəzərdə tutulub. Cars-az 4charx.com-a istinadən bildirir ki, yeni flaqmanın kuzovu 3/5 hissəsi alüminiumdan hazırlanıb. Bu isə tam ölçülü sedanın çəkisini 90 kq azaltmağa imkan verib. Nəticədə o öz seqmentində ən yüngül avtomobil olacaq.
Yeni modeli 420 at gücü hasil edən 3,6 litrlik turbo gücləndiricili aqreqat hərəkət etdirəcək. Avtomobil satışa ilin sonunda çıxarılacaq.