04.11.2015
Avtobazar
“Lada” sevənlərə daha bir bəd xəbər
Rusiyanın nəhəng “Avto VAZ” şirkəti martdan etibarən “Lada” avtomobillərinin qiymətini qaldıra bilər. Cars-az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi avtomobil istehsalçılarına istinadən məlumat yayıb. Şirkət sonuncu dəfə bu ilin yanvarında “Lada” avtomobillərinin qiymətini 5-21% arası artırıb. Qeyd edək ki, Avro-4 standartlarına cavab verməyən avtomobillərin Azərbaycana idxalına qadağa qüvvəyə minəndən sonra Rusiyadan ölkəyə “Lada Prirora”, “Lada Niva 4x4”, “Lada Larqus” və “Lada Qranta” ixrac olunur.(axar.az)