04.11.2015
Avtobazar
Bu model məşhur futbolçunun sürücüsü olmaq istəyir
Dortmund “Borussiya”sının ulduz yarımmüdafiəçisi Marko Roys maraqlı təklif alıb. Cars-az xəbər verir ki, məşhur alman model Cordan Karver yol polisi tərəfindən 540 min avro cərimə olunan futbolçuya kömək etmək fikrinə düşüb.
Cazibədar xanım “Tvitter” hesabından Roysa müraciət edərək onun şəxsi sürücüsü ola biləcəyini deyib: «İstəyirsənsə, sənin şəxsi sürücün ola bilərəm. Lakin bu şərtimlə razılaşmalısan. Sən “Bavariya”ya transfer olunacaqsan və Münhen təmsilçisinin heyranı olduğunu deyəcəksən”.
qafqazinfo