04.11.2015
Avtobazar
3 saniyədə 100 km sürət yığan maşın
"Ferrari" bu günə qədərki ən yaxşı modelini hazırlaytıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, yeni avtomobil 0-dan 100 km sürətə çıxması üçün cəmi 3 saniyə (200 km 3,8 saniyə) kifayətdir.
Yeni model “bu günə qədər istehsal edilənlərin ən yaxşısı" adlandırılan 458 modelindən belə daha güclüdür. 488 GTB adlanan model mart ayında Cenevrədə baş tutacaq avtomobil sərgisində təqdim ediləcək.
488 GTB markanın yarışçı genlərinin daşıyıcısıdır. "Ferrari" yarış yollarının performansını magistrala çıxaracaq.
O, saatda 330 km sürətlə hərəkət qabiliyyətinə malikdir. 488 GTB-nin xarakterist özəllikləri arasında yer alanlardan biri də "qanadlarıdır". Yenilik V8 mühərriki ilə də diqqət çəkir.