Əməkdar artist birnəfərlik avtomobilinə qovuşdu

Əməkdar artist birnəfərlik avtomobilinə qovuşdu

Əməkdar artist birnəfərlik avtomobilinə qovuşdu

Əməkdar artist Cavanşir Məmmədov sifariş etdiyi birnəfərlik avtomobilinə qovuşub. Cars-az-ın məlumatına görə, axşam.az-a açıqlama verən müğənni yeni maşınını martda istifadə edəcəyini deyib: “Hələ ki, avtomobilin markasını deməyəcəm. Hamıya sürpriz olacaq. Martda sürməyə başlayacam”.

C.Məmmədov son vaxtlar ifaçıların toy azlığından şikayət etmələrinə də münasibət bildirib: “Düzdür, əvvəlkilərə nisbətən toy bazarında bir az qıtlıqdır. Amma mən bunu çox da hiss etmirəm. Həm də bu o qədər də qorxulu mövzu deyil. Bu sahədə təcrübəsi olan biri kimi deyim ki, hər il qış aylarında belə hallar olur. Sonra düzələcək”.

Dostlarınla paylaş


Şərhlər


Top