Dövlət 1000 manata maşın satacaq - HƏRRAC

Dövlət 1000 manata maşın satacaq - HƏRRAC

İyunun 9-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Cars-az ƏMDK-ya istinadən xəbər verir ki, hərraca istehsal ili 1995-ci ildən 2008-ci ilə qədər olan 12 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin qiyməti 1020 manatdan 5325 manata qədər dəyişir. Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə iyunun 6-na qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.

S/N

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti (manatla)

10 % beh

UAZ-3160-010

2006

3520

352

UAZ-3160-010

2006

3520

352

QAZ-3110-101

2003

1500

150

QAZ-3110-101

2003

1500

150

QAZ-3110-101

2003

1500

150

Hyundai Accent

1998

1300

130

Fiat Tempra

1998

1300

130

Daewoo Prince

1995

1500

150

Hyundai Sonata

2005

5325

533

Hyundai H-100

1997

2094

209

VAZ-21074

2008

2522

252

QAZ-3102

2000

1020

102

Dostlarınla paylaş


Şərhlər


Top