Avtobusu gözəlləşdirən qadın sürücü

Avtobusu gözəlləşdirən qadın sürücü

Cars-az xəbər verir ki, son zamanlar qadınları taksi, avtobus sürücüsü kimi tez-tez görmək mümkündür. Bu da qadınların bu sahəyə olan marağının nəticəsidir. Nurdan Özbəy də məhz belə xanımlardandır. Türkiyənin Mersin şəhərində yaşayan Nurdan 5 ildir ki, sərnişinlərə xidmət etməkdən xüsusi zövq alır.

İlk günlər sərnişinlərin onun idarə etdiyi avtobusa minmədiyini deyən Nurdan indi hər kəsin onun işindən, bacarığından məmnun olduğunu dilə gətirir. Hətta bu məmnunluq nəticəsində Nurdan Özbəy “ilin sürücüsü” adına belə layiq görülüb.

Nurdan Özbəy peşəkar sürücü olsa da, eyni zamanda evinin xanımıdır. 3 uşaq anası olan Nurdan ailə üzvlərinin də onu işini dəstəklədiyini qeyd edir.

Dostlarınla paylaş


Şərhlər


Top