Bakıda 28 min manatlıq "Mercedes" 15 minə...

Bakıda 28 min manatlıq "Mercedes" 15 minə...

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 26-da hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Cars-az oxu.az-a istinadən bildirir ki, hərracda 2006-ci il istehsalı olan "Mercedes-Benz S 350" 15 min 478 manata satılıb. Bundan başqa, alıcılar 2003-cü il istehsalı olan QAZ-3110-121-i 921 manata, 2005-ci il istehsalı olan QAZ-31105-120-ni 1094 manata alıblar. Qeyd edək ki, komitə tərəfindən hərraca çıxarılan 26 avtomobildən cəmi 3-ü satılıb.

Xatırladaq ki, Bakının avtomobil bazarında "Mercedes-Benz S 350" avtomobilinin qiyməti 27000 dollar və ya 28 293 manatdır.

Dostlarınla paylaş


Şərhlər


Top