04.11.2015
Avtobazar
Korrupsionerləri bu maşınlarda aparacaqlar
Krımda həbs olunan korrupsionerlərin daşınması üçün xüsüsi şəffaf maşınların istehsal edilməsi planlaşdırılır. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Krım anti korrupsiya komitəsinin sədri Aleksandr Akşatin xəbər verib. "Mən düşünürəm ki, yaxın gələcəkdə korrupsionerlər bu "avtozak"la gedəcək və bütün insanlar onları seyr edə biləcəklər", - Akşatin bildirib. Onun sözlərinə görə, Krımın başçısı artıq belə maşınların istehsal olunması haqqında əmr verib.