04.11.2015
Avtobazar
Bakıda 1118 manata “Nissan Maxima” satıldı
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi martın 3-də hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Cars-az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
Məlumata görə, hərraca 1118 manata çıxarılan 1998-ci il istehsalı olan “Nissan Maxima” elə həmin qiymətə də satılıb. Qeyd edək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan “Nissan Maxima”nın qiyməti 3000-5500 dollar arasında dəyişir.
Bundan başqa, hərracda 2000-ci il istehsalı olan “Şkoda Oktavia” start qiymətinə, yəni 1317 manata satılıb (avtomobil bazarlarında satış qiyməti ona yaxın olan 1999-cu il istehsalının qiyməti 3800 dollardır).