Məşhur avtomobil markasının tarixində bir ilk

Məşhur avtomobil markasının tarixində bir ilk

Məşhur avtomobil markasının tarixində bir ilk

Məşhur avtomobil markasının tarixində bir ilk baş verib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, "Toyota" şirkətinin idarə heyətinin sədr müavini ilk dəfə yapon seçilməyib. Şirkət tarixində ilk dəfə xarici ölkənin vətəndaşı idarə heyətində rəhbər vəzifəyə gətirilib. Belə ki, "Toyota"da 1988-ci ildən çalışmağa başlayan Fransa vətəndaşı Didier Leroy hazırda şirkətin Avropa üzrə məsul şəxsdir. 57 yaşlı fransızın idarə heyətinin sədr müavini vəzifəsinə 1 aprel tarixindən başlaması gözlənilir.

Didier Leroy bu vəzifəyə təsadüf nəticəsində gəlməyib. O, şirkətdə çalışdığı illər ərzində "Toyota"nın Avropa bazarındakı xərclərini azaldıb. Bununla yanaşı, şirkətin gəlirləri də bir xeyli artıb.

Dostlarınla paylaş


Şərhlər


Top