04.11.2015
Avtobazar
Azərbaycanda müğənniyə canlı efirdə “Lexus” hədiyyə etdilər
"Kimdir nömrə 1" yarışmasında ikinci olan müğənni Rəvan Qarayevə bahalı avtomobil hədiyyə olunub. SMS səs verməsi ilə keçirilən yarışmada Orxan Babazadəyə uduzan müğənniyə qalibə hədiyyə olunan avtomobildən də bahalı avtomobil verilib. Müğənniyə bir tamaşaçı son model "Leksus" maşını bağışlayıb.
Cars-az publika.az-a istinadla Rəvan Qarayeva hədiyyə olunan avtomobilin fotosunu təqdim edir.