SOCAR təyyarə yanacağı ixracını 40 faiz artırıb

SOCAR təyyarə yanacağı ixracını 40 faiz artırıb

SOCAR təyyarə yanacağı ixracını 40 faiz artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin avqust ayında 90,491 min ton dizel yanacağı, 27,984 min ton təyyarə yanacağı ixrac edib. Cars-az SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixracı ötən ilin avqust ayına nisbətən 11% azalıb, təyyarə yanacağının ixracı isə 40% artıb.

Bu ilin yanvar-avqust ayları ərzində İdarə 650,797 min ton dizel yanacağı, 159,467 min ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Hesabat dövründə dizel yanacağının ixracı 3%, təyyarə yanacağının ixracı 33% artıb, soba mazutunun ixracı isə 33% azalıb.

Qeyd edək ki, cari ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 538,51 dollar, təyyarə yanacağı 457,26 dollar, dizel yanacağı 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti isə 232,36 dollar təşkil edib.

Dostlarınla paylaş


Şərhlər


Top