04.11.2015
Al-sat
Cars-az-da yeni sorğu: Hansı sığorta şirkətindən narazısınız?
Ötən həftə Milli Məclisdə sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı ciddi tənqidlər səsləndirildi. Millət vəkilləri sığorta şirkətlərinin süründürməçiliyindən narazılıq etdilər və bildirdilər ki, yığılan pullar müqabilində vətəndaşlara dəyən ziyanın ödənilməsinə süni əngəllər yaradılır. Spiker Oqtay Əsədov isə sığorta qanunvericiliyi ilə bağlı məsələlərə yenidən baxılması üçün İqtisadi siyasət komitəsinə tapşırıqlar verdi.
Cars-az saytına da sığorta şirkətləri ilə bağlı müxtəlif müraciələr daxil olur. Bu və digər məqamları nəzərə alaraq saytda sorğu keçirmək qərarına gəldik. «Hansı sığorta şirkətindən narazısınız» sualına cavab vermək üçün sayta daxil olub sağ tərəfdəki xanalardan birini işarələyib səs verin. http://avtosfer.az/
Cars-az