Məqalələr

  • Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı, rekordunu təzələdi

    Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb Azərbaycan velosipedçisi Rusiyada 2 gümüş medal qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb. Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib. Yeri gəlmişkən, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib. Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb. Ardını oxu

  • Bakıda sürücüyə qarşı təxribat; piyada onu şərlədi

    Piyada guya maşının altında qalan ayağını tutaraq qışqırmağa başlayır Ardını oxu

  • “Zaparojets”lə qəzada “Bentley”in sürücüsü öldü

    “Limuzin”in sürücüsü idarəetməni itirib “Bentley”in sürücüsü Moskva vilayətində Kiyevski şosesinin 43-cü km-də zəncirvari yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Əks istiqamətdə hərəkət edən “Limuzin”in sürücüsü idaretməni itirib və yol xidməti yük maşını ilə toqquşub, Cars-az oxu.az-a istinadən xəbər verir ki, yük maşını qarşısında olan avtomobilə çırpılıb, yan zolaqda gedən “Zaparojets”i zədələyib. Aldığı zədələr nəticəsində “Bentley”in sürücüsü hadisə yerində vəfat edib, “Zaparojets”in iki sərnişini ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Hadisə yerində DYHTİ və təcili tibbi yardım əməkdaşları çalışır. Qəzanın bütün səbəbləri aydınlaşdırılır. Ardını oxu

Top