Nobel prospekti qismən bağlanır

Nobel prospekti qismən bağlanır

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Cars-az-a verilən məlumata görə, bu gün 12:00-dan saat 17:00-dək A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Dostlarınla paylaş


Şərhlər


Top