-
Kəmərə görə 100 min sürücü cərimələndi
Təhlükəsizlik kəmərlərindən istifadə barədə sürücülərə xəbərdarlıq olunub Təhlükəsizlik kəmərlərindən istifadə edənlərın sayında kəskin azalma var. Cars-az anstv-yə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə ciddi xəbərdarlıq edib və 5 ay ərzində bu qaydanı pozanların statistik rəqəmlərini açıqlayıb. “Paytaxtda sükan arxasında təhlükəsizlik kəmərlərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə edən sürücülər 40 manat, eləcə də təhlükəsizlik kəmərlərilə təchiz olunan və həmin avtomobildə gedən sərnişinlər kəməri vurmadıqda isə 30 manat məbləğində cərimə olunurlar. 2015-ci ilin əvvəlindən bugünədək təhlükəsizlik kəmərlərini bağlamadan nəqliyyat vasitəsini idarə edən 96 min 500 sürücü barəsində inzibatı xəta haqqında protokol tərtib edilib”, - deyə BŞDYPİ-nin mətbuat katibi Kamran Əliyev bildirib. Ardını oxu
-
Ara məsafəsini qorumayan sürücü qəza törətdi
Qəza nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb Gecə saatlarında Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Nobel prospektində qeydə alınmış avtoqəza zamanı “Toyota” və “Mercedes” markalı avtomobillər toquşub. Müəyyən edilib ki, hər iki nəqliyyat vasitəsi şəhərin mərkəzindən Zığ şossesi istiqamətində hərəkət edirmiş. “Mercedes” markalı minik maşını Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində işıqforun qırmızı işığının tələbilə dayanıb. Ancaq digər avtomobilin sürücüsü ara məsafəsini düzgün təyin edə bilmədiyi üçün onun idarə etdiyi “ToyotA” markalı minik maşını zərblə arxadan “Mercedes”ə çırpılıb. Hadisə nəticəsində ikinci minik maşınının sürücüsü yüngül xəsarət alıb. Ona hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasının həkimləri tibbi yardım göstərib. Qəzada ziyan görmüş nəqliyyat vasitələri isə cərimə dayanacağına qoyulub. Yol qəzasının təfərrüatları araşdırılır. Ardını oxu
-
Bakıda səhər-səhər qadını xəstəxanalıq etdilər
Faktla bağlı araşdırmalar davam edir Ardını oxu
-
Maşında sevişmək, cins geyinmək …
Dünyanın müxtəlif ölkələrində ən qəribə qadağalar Ardını oxu
«Maşını bərk sürməyi atamdan öyrənmişəm»
Rüfət Axundov: «Atam deyirdi ki, “əyləc yalnız avtomobili saxlamaq üçündür» Müğənni Rüfət Axundov özü ilə bağlı maraqlı faktlar açıqlayıb. İfaçı “Əslində mən” verilişinə açıqlamasında avtomobili sürətli sürdüyünü etiraf edib: “Maşını bərk sürməyi atamdan öyrənmişəm. Həmişə deyirdi ki, “əyləc yalnız avtomobili saxlamaq üçündür”. Başqa həyat yaşayırdım - əyləncə, gecə klubları, sürətli maşın sürmək, zarafatlar. Dəlisov, çılğın həyat keçirirdim. Ailə qurdum, övladım dünyaya gəldi. Anam nəsihət verdi ki, “atasan, bəsdir”. İndi tamamilə dəyişmişəm. Başa düşdüm ki, bu yolun sonu yoxdur. Həmin çılğınlıqlarım geridə qalıb. İndi övladlarımı böyütməyi, toylarını görməyi arzulayıram”. Ardını oxu
Bakıda işıqforlarda yenilik - Sürücülər diqqətli olsun
Gözdən əllillər üçün xüsusi işıqforlar quraşdırılıb Bakıda gözdən əllillər üçün xüsusi işıqforlar quraşdırılıb. İşıqfor dirəklərinə bağlanan xüsusi avadanlıqlar piyadalara səsli olaraq qırmızı işıq zamanı “Gözləyin”, yaşıl işıq zamanı isə “Keçin” göstərişini verir. Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinin rəisi Rafiq Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işıqforlarda gözdən əllilər üçün aparatların quraşdırılmasına iyunun 16-dan başlanılıb: “Bu tip qurğuları əvvəl biz özümüz hazırlayıb quraşdırmışdım, amma sayı az idi. Mən bir sərgidə bunu gördüm və ölkəmizdə quraşdırılmasını təşkil etdik. Hazırda quraşdırılan aparatlar İtaliyadan və Amerikadan gətirilib. “Neftçilər”, “Nərimnaov” metrostansiyalarının ətrafında və başqa bir neçə yerdə quraşdırılıb. Bu iş hələ davam etdiriləcək. Hansı ərazilərdə ki, piyaların hərəkəti sıxdır və hansı yerlərdəki ətrafda korlar yaşayır, ilk olaraq həmin ərazilərdə quraşdırılır”. Ardını oxu
İki nəfəri öldürən sürücüyə bəraət verildi
Məhkəmənin hökmü ilə Hikmət Qasımovun barəsində bəraət hökmü çıxarılıb Ardını oxu
Qadın qolunda sistem ola-ola maşın sürdü
Qadın sürücünün maşını bu cür sürməyə vadar edən səbəb ərindən qorxması imiş Ardını oxu