-
Jurnalist evakuasiya məsələsində yol polisinə qalib gəldi
Məhkəmə jurnalistin informasiya sorğusuna cavab verməyən DYP-nin hərəkətsizliyini qanun pozuntusu kimi tanıyıb Ardını oxu
-
Bakıda ucuz maşınların yeni bazarı olacaq; qiymətlər 1500-dən başlayır
ƏMDK-a məlumat yaydı Ardını oxu
-
Bakıda yenə bahalı maşınları yandırdılar
Hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb Ardını oxu
-
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
Dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var Ardını oxu
Parkinq qaydasını bilməyən sürücüdən nə gözləyəsən?
«Allah bizi belə sürücülərdən uzaq elesin» Ardını oxu
DYP rəsmisi: "Heç kimin hüququnu pozan qərar olmayacaq"
«Normal hərəkətin təşkili üçün şəhərdə nəqliyyat sıxlığının azaldılması üçün qəbul olunacaq bir qərardır» Ardını oxu
Metronun "Elmlər Akademiyası" stansiyasında YENİLİK
Hazırda Ukraynanın "Malada" şirkəti yarımstansiyanın havalandırma sistemləri üzərində çalışır Dövlət proqramına uyğun olaraq, Bakı Metropolitenində "28 May"dan sonra ikinci giriş-çıxışla təmin ediləcək daha bir dərin özüllü stansiya "Elmlər Akademiyası" olacaq. Cars-az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən trend-ə bildiriblər ki, inşaat işləri çərçivəsində buradakı elektrik yarımstansiyasının yenilənməsi də nəzərdə tutulur. Stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşdiyindən yarımstansiyanın yeni şərtlərlə qurulması məqsədəuyğundur. Köhnəlmiş və istismar müddəti başa çatmaq üzrə olan avadanlıqların yeniləşdirilməsi vacibdir. Bu işlər öz növbəsində məhsuldarlığı, effektivliyi artırmağa, gələcəkdə xəttin və genişlənəcək stansiyanın elektrik təchizatını etibarlı qaydada təmin etməyə kömək edəcək. Yarımstansiyanın avadanlıq və sistemlərlə təchizatında yaxından iştirak edən "Pluton" şirkətinin baş direktoru Dmitri Ovsyaniker və kommersiya direktoru Yuri Voloşin Bakı Metropoliteninə səfər edərək qarşıdakı mərhələ ilə bağlı vəziyyəti müzakirə ediblər. Eyni zamanda, mövcud vəziyyət qiymətləndirilib. Yarımstansiyada avadanlıqların quraşdırılması zamanı yerli mütəxəssislərin keyfiyyətli işini yüksək qiymətləndirən şirkət rəsmiləri, əvvəlki illərin təcrübəsinə uyğun olaraq, bundan sonrakı mərhələdə də görüləcək işlərin müsbət təsirinin olacağına əminliklərini ifadə ediblər. Qeyd edək ki, yarımstansiyada 10 kV, 825 V, 380 və 220 V-luq paylayıcı quruluşlar, 3 düzləndirici aqreqat, 2 güc və bir o qədər də işıqlanma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Plana müvafiq şəkildə yarımstansiyada təchizatla bağlı son tədbirlərin görülməsinə başlanılıb. Avadanlıqlar və sistem virtual deyil, real güc altında yoxlanılacaq. Əlavə edək ki, hazırda Ukraynanın "Malada" şirkəti yarımstansiyanın havalandırma sistemləri üzərində çalışır. Ardını oxu
Üç nəhəng yük avtomobili toqquşdu - Azərbaycanda
Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb Ardını oxu