-
Polis əməkdaşı Bakıda adam öldürdü
Polis serjantı piyadanı vurub; 24 yaşlı oğlan xəstəxanada ölüb Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis serjantı 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub. Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. Ardını oxu
-
Bakıdan oğurladığı maşınla Ucarda qəza törətdi; öldü
Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib, sərnişini xəsarət alıb Ardını oxu
-
Rayon maşınlarına qoyulan qadağa ləğv edilib? – DYP-dən açıqlama
Son vaxtlar bəzi vaxtlarda postlar boş olur; Kamran Əliyev bununla bağlı açıqlama verdi Ardını oxu
-
Azərbaycanda hava kəskin dəyişəcək
Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək Ardını oxu
Bakı-Sumqayıt yolunda böyük tıxac əmələ gəlib
Avtomobillərin hərəkəti dayanıb Ardını oxu
Avtovağzalda sürüşmə təhlükəsi azalıb
İstinad divarına bərkidilmiş dəmir konstruksiyalar müvəqqəti olaraq qalıb Avtovağzalda sürüşmə təhlükəsi azalmaq üzrədir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib. Ə.Piriyevin sözlərinə görə, Bakı Avtovağzalının sürüşmə baş verən ərazisində aparılan təmir-bərpa işləri sayəsində çatlarda genişlənmə dayanıb: “Təhlükə mənbəyi hesab edilən istinad divarına bərkidilmiş dəmir konstruksiyalar müvəqqəti olaraq qalıb. Onların yerinə beton dirəklər qoyulacaq, bu dirəklər torpağın dərinliyinə kimi gedəcək və divara tam dəstək olacaq. Bu da sürüşmə təhlükəsi ehtimalını azaldır”. Ardını oxu
Mikroavtobus "KamAZ"a girdi: ana və qızı yaralandılar
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Ardını oxu
Sabah saatlar geri çəkiləcək
Yay vaxtı ləğv edilir Sabah saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək. Azərbaycan Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub. Ardını oxu