Bakıdan oğurladığı maşınla Ucarda qəza törətdi; öldü

Bakıdan oğurladığı maşınla Ucarda qəza törətdi; öldü

Bakıdan oğurladığı maşınla Ucarda qəza törətdi; öldü

Balakən rayon sakini Bakıdan qaçırdığı maşınla Ucar rayonunda qəza törədib. Qəza nəticəsində sürücü ölüb, sərnişin isə ağır yaralanıb. Cars-az musavat.com-a istinadən xəbər verir ki, Balakən rayon sakini 1993-cü il təvəllüdlü Bəkir Nazim oğlu Qarayev idarə etdiyi VAZ 2107 markalı, 10 OH 877 dövlət nömrə nişanlı maşınla qəza törədib. Qəza Bakı-Qazax yolunun 235-ci kilometrliyində, Ucar rayonu ərazisində baş verib.

Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib. Sərnişin 1991-ci il təvəllüdlü Namiq Nizami oğlu Məmmədov xəsarət alıb.

Araşdırma zamanı məlum olub ki, qəzanı törədən avtomobil oğurluqdur. Bu barədə oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə maşının sahibi tərəfindən şikayət daxil olub. Polis faktla bağlı araşdırma aparır.

Dostlarınla paylaş


Şərhlər


Top